Salman Mümtazın tərcümeyi-halı

ƏDA­­­­­LƏT TA­­­­­HİR­­­­­ZADƏ


SAL­­­­MAN MÜM­­­­TAZ

(Tər­cü­me­yi-hal oçer­ki)

Alim ta­nı­yı­ram – qoca Qaf­qa­zın

Çeş­mətək du­ru­lub di­bin­dən çıxır.

Alim var sol əli Sal­man Müm­ta­zın,

Sağ əli Hüm­mə­tin ci­bin­dən çıxır.

Hü­seyn Arif

«Kür» nəş­riy­yatı

Bakı – 2002

Bil­gi­sa­yar­da yı­ğan və düzən:

Hə­mid Ta­hir­zadə

Əda­lət TA­HİR­ZADƏ. Sal­man Müm­taz.

Bakı, «Kür» nəş­riy­yatı. 2002, 16 səh.

Bu ki­tab­ça 1.500-dən ar­tıq Azər­bay­can şai­ri­nin ir­sini min mü­si­bət­lə əldə edə­rək on­la­rın adını ya­şa­dan BÖ­YÜK TOP­LA­YICI, 100-dən çox Azər­bay­can ya­za­rını ilk yol üzə çı­xa­ra­raq ya­ra­dı­cı­lıq­la­rını bol­şe­viz­min ölüm­sa­çan ağır sen­zu­rası al­tın­da da doğru-düz­gün təh­lil edən, on­la­rın əsər­lə­rini ta­rix bo­yun­ca ilk dəfə nəş­rə ha­zır­la­yan BÖ­YÜK ARAŞ­DI­RICI, mi­sil­siz söz xə­zi­nə­mizi 20 adda ki­ta­bın­da, yü­zə­dək mə­qa­lə­sin­də el malı edən BÖ­YÜK YA­YICI, Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı­nın ÖZÜ­LÜNÜ QO­­YAN'­­lar­­­dan biri, kom­mu­nist­lə­rin “Və­tən xaini” kimi həbs edə­rək ölüm dü­şər­gə­sin­də gül­lə­lə­diyi BÖ­YÜK VƏ­TƏN­DAŞ Sal­­­man Mə­­­şədi Mə­­­həm­­­mə­­­də­­­min oğlu Əs­­­gər­­­zadə (Müm­­­taz) (1884-1941) haq­qın­da­dır.


YA­­­ŞA­­­YIŞI

Sal­­­man Mə­­­şədi Mə­­­həm­­­mə­­­də­­­min oğlu Əs­­­gər­­­zadə (Müm­­­taz) 1884-də Şə­­­kidə Gən­­­cəli mə­­­həl­­­lə­­­sin­­­də do­­­ğu­­­lub.


Ba­­­bası Ağaə­­­ləs­­­gər çox var­­­lıy­­­mış. O ölən­­­dən bir az son­­­­­­ra ar­­­vadı da dün­­­­ya­­­­sını də­­­­yi­­­­şir, üs­­­­tə­­­­lik, evi də yanır. Kim­­­­­­sə­­­­siz qal­­­­mış oğlu Mə­­­­həm­­­­mə­­­­də­­­­min var-döv­­­­lət­­­­lə­­­­rinə yi­­­­­yə­­­­lən­­­­miş əmi­­­­sinə sı­­­­ğı­­­­nır, zər­­­­gər ya­­­­nın­­­­da iş­­­­lə­­­­yir. O, özünü ta­­­­nı­­­­mağa baş­­­­la­­­­yan­­­­da Məş­­­­hədə zi­­­­ya­­­­rətə gedir. Qa­­­yı­­­dan­­­da yo­­­lunu Aş­­qa­­bad­­dan salır, çün­­ki eşi­­dib­­miş ki, bu­­rada tor­­pağı çox ucuz qiy­­mətə sa­­tır­­lar. Mə­­şədi Mə­­həm­­mə­­də­­min Şə­­ki­­dən gə­­tir­­diyi qı­­zıl­­la (qa­­baq­­ca­­dan eh­­ti­­ya­­tını gö­­rüb­­müş) Aş­­qa­­bad­­da xey­­li tor­­paq alır, özünə yurd-yuva salır. Az vaxt­­da kar­­van­­sara, dü­­kan yi­­yəsi olur. Şə­­kidə qoy­­duğu ai­­lə­­sini Aş­­qa­­bad­­da tik­­dir­­diyi yeni mül­­künə gə­­tir­­məyə ha­­zır­­la­­şan əs­­nada - 1887-də 32 ya­­şın­­da sə­­təl­­cəm­­dən ölür.


1900-də onun ar­­vadı Mə­­şədi Zəh­­ra xa­­­nım (1865-1938) özü­­nün ki­­çik qar­­daşı Kər­­bə­­layı Əs­­gər­­'i Ba­­kı­­dan gö­­tü­­­rüb xəl­­vət­­cə Aş­­qa­­bada gedir, əri­­nin döv­­lə­­tinə yiyə durur. Oğ­­lan­­ları Sal­­man'­­la Əs­­gər­­'i də Aş­­qa­­bada gə­­ti­­rir, son­­ra bö­­­yük qar­­daşı Kər­­bə­­layı Möv­­süm­­'ü də ya­­nına apa­­rır.


Mir­­zə Fə­­təli Axund­­za­­də'­­yə qo­­hum­­luğu ça­­tan Mə­­şədi Zəh­­­ra xa­­­nım çox dü­­şün­­cəli və ba­­ca­­rıq­­lı qa­­dın­­dı. O, iri bir san­­dıq alır, oğ­­lan­­ları ər­­səyə ça­­ta­­na­­dək onu qı­­zıl­­la dol­­du­­rur. (Hə­­min qı­­zıl­­ları bir qə­­dər son­­ra Sal­­man Müm­­taz Azər­­bay­­can əl­­yaz­­ma ki­­tab­­la­­rını al­­mağa, say­­sız xey­­riy­­yə iş­­lə­­rinə xərc­­lədi).


1893-də 9 yaş­­lı Sal­­ma­­­nın Aş­­­qa­­­bad­­­da Mir­­­zə Ələk­­­bər Sa­­­bir'­­­lə gö­­­rüşü olur. Bu gö­­­rüş­­­lə də gə­­­lə­­­cə­­­yin Müm­­­ta­­­zın­­­da ədə­­­biy­­­yata son­­­suz hə­­­vəs ya­­­ra­­­nır. Vur-tut 3 ay mol­­­la ya­­­nın­­­da dərs keç­­­miş Sal­­­man ge­­­cə­­­sini gün­­­dü­­­zünə qa­­­ta­­­raq 22 ya­­­şı­­­na­­­dək öz üzə­­­rin­­­də cid­­­di ça­­­lı­­­şır, inad­­­cıl­­­lığı sa­­­yə­­­sin­­­də fars, ərəb, rus, urdu dil­­­lə­­­rinə yi­­­yə­­­lə­­­nir, mö­­­cü­­­zəli ha­­­fi­­­zə­­­siy­­­lə Şərq ədə­­­biy­­­ya­­­tı­­­nın in­­­ci­­­lə­­­rini mə­­­nim­­­sə­­­yir.


Da­­­yısı Kər­­­bə­­­layı Möv­­­sü­­­mün dü­­­ka­­­nın­­­da ti­­­ca­­­rət­­­lə məş­­­ğul olan Sal­­­man yavaş-ya­­­vaş türk (Azər­­­bay­­­can) əl­­­yaz­­­ma­­­la­­­rını top­­­la­­­mağa baş­­­la­­­yır. 1906-cı il onun dü­­­şün­­­cə­­­lə­­­rin­­­də dö­­­nüş ya­­­ra­­­dır: Aş­­­qa­­­bada da gə­­­lib çı­­­xan «Mol­­­la Nəs­­­rəd­­­din» məc­­­muə­­­siy­­­lə ya­­­zı­­­şır, ona çox­­­lu xır­­­da xə­­­bər­­­lər, bə­­­zən də şer­­­lər gön­­­də­­­rir.


1910-un ya­­­yın­­­da Ba­­­kıda Mir­­­zə Ələk­­­bər Sa­­­bir­­­lə ikin­­­ci gö­­­rüşü, onun­­­la iki həf­­­tə­­­lik ya­­­xın ün­­­siy­­­yəti gənc Sal­­­manı ədə­­­biy­­­yata bir­­­yol­­­luq bağ­­­la­­­yır; Sa­­­bi­­­rin hə­­­vəs­­­lən­­­dir­­­mə­­­sin­­­dən son­­­ra «Mol­­­la Nəs­­­rəd­­­din»də onun «Xort­­­dan bəy» im­­­zası gö­­­rün­­­məyə baş­­­la­­­yır.


İlk ki­­­ta­­­bını - «Se­­­yid Əh­­­məd Ha­­­tif İs­­­fa­­­ha­­­ni­­­nin tər­­­ci­­­bən­­­di və tər­­­cü­­­meyi-halı»nı Tif­­­lis­­­də Mir­­­zə Cə­­­lil­­­’in «Qey­­­rət» mət­­­bəə­­­sin­­­də bu­­­rax­­­dı­­­ran vaxt (1913) 3 ay bu şə­­­hər­­­də qa­­­­lan ta­­­cir Sal­­­man Əs­­­gər­­­zadə ədə­­­biy­­­yat, ta­­­rix və mə­­­də­­­niy­­­yə­­­ti­­­mizi nə qə­­­dər də­­­rin­­­dən bil­­­mə­­­yiy­­­lə hey­­­rət­­­lən­­­dir­­­diyi Ab­­­bas Səh­­­hət'­­­lə ta­­­nış olur, 2 il öncə dün­­­ya­­­sını də­­­yiş­­­miş Sa­­­bi­­­rin «Hop­­­hop­­­namə»sini bu­­­rax­­­maq­­­da ona önəm­­­li mad­­­di yar­­­dım­­­da bu­­­lu­­­nur.


Tif­­­lis­­­də bö­­­yük Mir­­­zə Cə­­­lil'­­­lə də ya­­­xın­­­dan dost­­­la­­­şan, ge­­­niş dün­­­ya­­­gö­­­rüşü və sa­­­va­­­dıy­­­la onun də­­­rin hör­­­mə­­­tini qa­­­za­­­nan, «Mol­­­la Nəs­­­rəd­­­din»ə də hər­­­tə­­­rəf­­­li mad­­­di dəs­­­tə­­­yini əsir­­­gə­­­mə­­­yən Sal­­­man Əs­­­gər­­­zadə onun «Ölü­­­lər»inin 1916-da Aş­­­qa­­­bad­­­da səh­­­nəyə qo­­­yul­­­ma­­­sın­­­dan ötrü əlin­­­dən gə­­­ləni edir. (An­­­caq yer­­­li ha­­­ki­­­miy­­­yət or­­­qan­­­ları əsə­­­rin bu­­­rada oy­­­na­­­nıl­­­ma­­­sına icazə ver­­­mədi).


1918-in sent­­­yab­­­rın­­­da igid Nuru pa­­şa'­­nın baş­­çı­­lığı al­­tın­­da rə­şa­­dət­­li türk əs­­gə­­ri­­nin qa­­ni­­çən Le­­nin­­'in mis­­kin nö­­kəri, qəd­­dar və aman­­sız türk cəl­­ladı Şaum­­yan­­'ın daş­­nak-bol­­şe­­vik qul­­dur­­la­­rın­­dan azad et­­diyi Bakı Məhəm­­mə­­də­­min Rə­­sul­­za­­də'­­nin qur­­duğu Azər­­bay­­can Cüm­­hu­­riy­­yə­­ti­­nin yeni pay­­tax­­tı oldu. Gənc mil­­li döv­­lə­­tinə, doğ­­ma mə­­də­­niy­­yə­­tinə ürək­­dən qul­­luq­­da bu­­lun­­maq is­­tə­­yən, ana yur­­du­­nun, tor­­pa­­ğı­­nın təəs­­sü­­bünü çə­­kən ta­­cir Sal­­man Əs­­gər­­zadə çox keç­­mə­­dən ana­­sını və ai­­lə­­sini də özüy­lə gö­tü­rə­rək Aşqabaddan Ba­kıya köçdü. Bir müd­dət Kras­nok­res­tovs­ki (in­diki Şeyx Şamil) kü­çə­sin­dəki 3-cü bi­nada – qay­nı Ağar­za'­nın mül­kün­də ya­şadı, Bar­ya­tins­ki (in­diki İn­cə­sə­nət) kü­çə­sin­dəki 6/23-üncü bi­nada şəx­si dü­kan açdı. 1919-dan «Ya­şıl qələm» cə­miy­yə­ti­nin üzvü olan Sal­man Müm­taz onun uğur­la fəa­liy­yət gös­tər­mə­sinə xey­li pul xərc­lədi.


Azərbaycanın müstəqilliyini ən böyük milli sərvət sayan böyük türk millətçisi Salman Mümtaz bu azadlığın qazanılmasında əməyi olan hər kəsi, o sıradan Ənvər paşa və Nuru paşa qardaşlarını yüksək qiymətləndirirdi. 1918-də təkcə Bakını yox, bütün Quzey Azərbaycanı, o sıradan Şəkini də rus-erməni işğalçılarından təmizləmiş IX ordunun komandanı, fəriq (general-leytenant) Nuru paşa’yla (1889-2.3.1949) Şəkidə görüşərək ona ithaf etdiyi «Öyün, millət!» qəzəlini bədahətən söyləmiş və onun böyük qardaşı, adı Azərbaycanda az qala əfsanəyə çevrilmiş Osmanlı imperatorluğunun hərbiyyə naziri, Başkomandan vəkili, birinci fəriq (tam general) Damad İsmət Ənvər paşa’ya (23.11.1881 – 4.8.1922; nazirliyi: 3.1.1914 –14.10.1918) yazdığı «Ənvəriyyə» müxəmməsini oxumuşdu. 7 bəndlik «Ənvəriyyə» müxəmməsində Trablis fatehinə xitab edən Mümtaz deyir:


Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,

Dağıtdın xavəri-islamdən küffar kabusun.

Məsaciddən dilərdi rus asa öz nəhs naqusun[1],

Gəbərdib, toprağə sərdin həyasız niyyətin rusun.

Günəşdən parlaq amalın olub Şərq əhlinə əzhər,

Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!


8 beytlik «Öyün, millət!» qəzəlindəsə S.Mümtaz türk millətinin işıqlı gələcəyinə sonsuz inamını bu cür dilə gətirib:


O gün millət ki əltafı[2] olub şövkətli sultanın,

Hilalın haləsi qılsın əhatə türk övtanın[3].

Təfaxür eylə, ey millət, muradın hasil olmuşdur,

Daha əflakə yüksəlməz əninü ahü əfğanın.

Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,

Dökürdü şişəyə hər dəm şərabi-nab tək qanın.

Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu

Rivaqi-ərşə nəsb etmiş[4] böyük Osmanlı ünvanın.

Səmayə doğru toğrul tək sən, ey türk oğlu, uç, yüksəl

Ki, sənsən şanlı övladı şərəfli əski Turanın.

Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin[5],

Gör imdi nəcmi-zahir tək hilalın, nəcmi-tabanın[6].

Gərək taği-müqərnəsdən[7] asılsın türkün tuğrası[8],

Mələklər zibi-duş etsin livasın Ali-Osmanın[9].

Bütün, Mümtaz, ellərdən olar türk milləti mümtaz[10],

Sürər bundan sora türklük şərəfli-şanlı dövranın.


Bu cür yüzlərcə kamil şer müəllifi olsa da S.Mümtaz şairlikdən araşdırıcılığı üstün tutur, bütün gücünü Azərbaycan ədəbiyyatının üzə çıxarılması, öyrənilməsi, qorunması və təbliğinə yönəldirdi. 1920-də o, Azər­bay­can ağız ədə­biy­ya­tı­nın top­lan­ması ko­mis­si­ya­sını ya­rat­dı və səd­ri də özü oldu.


Biz­nes­men S.Əs­gər­zadə so­vet ha­ki­miy­yə­ti­nin ilk il­lə­rin­də də ti­ca­rət­dən əl çək­mədi. 1924-dən­sə o, «Azər­neft­təc­hi­zat» ida­rə­si­nin Şəki, Qut­qa­şen (Qə­bələ), Za­qa­tala, Qax və Lo­qo­de­xidə an­bar­ları olan 2-ci ra­yon agent­li­yi­nin mü­vək­ki­liy­di. İs­tər bu­rada ça­lış­ması, is­tər Xalq Maa­rif Ko­mis­sar­lı­ğın­da əmək­daş­lığı əl­yaz­ma­la­rı­mızı top­la­ma­sına nəin­ki ma­ne­çi­lik et­mir­di, ək­sinə, adam­lar­la ün­siy­yət bu işdə onun əlin­dən tu­tur­du.


1923-dən baş­la­ya­raq «Kom­mu­nist» qə­ze­tin­də «Unu­dul­muş yar­paq­lar»«Dil­mac» sil­silə ya­zı­la­rıy­la çı­xış edən S.Müm­taz ya­xın dos­tu Hə­bib Cə­bi­yev­'in re­dak­tor ol­duğu bu qə­zet­də 1925-dən dai­mi əmək­daş kimi iş­lə­məyə baş­ladı və iki ildə 10 ki­tab bu­rax­dır­dı. 1926-da Ba­kıda ke­çi­ri­lən I Tür­ko­loji qu­rul­taya ya­xın­dan qa­tı­lan, qu­rul­taya «Nə­simi» adlı yeni ki­ta­bını ər­mə­ğan edən S.Müm­taz ar­tıq aka­de­mik Mə­həm­məd Fuad Köp­rü­lü­zadə, Sa­moy­lo­viç, Ol­den­burq kimi gör­kəm­li alim­lə­rin he­sab­laş­dığı cid­di təd­qi­qat­çı kimi ta­nı­nır­dı. Hə­min il onun şəx­si ki­tab­xa­na­sına («Ki­tab­xa­neyi-Müm­ta­ziy­yə»yə) ba­xan aka­de­mik­lər Bar­told Ol­den­burq bu­ra­dakı əl­yaz­ma­la­rın zən­gin­li­yinə və elmi də­yə­rinə hey­ran qal­mış­dı­lar.


Azər­bay­can Döv­lət Elmi-Təd­qi­qat İns­ti­tu­tu­nun ka­pi­tə­liz­mə­qə­dər­ki dövr Azər­bay­can ədə­biy­yatı böl­mə­si­nin mü­diri (1929-1932) və Azər­bay­can Döv­lət Mu­ze­yi­nin elmi iş­çisi (1932-dən) S.Müm­taz eyni za­man­da 1933-dən 1936-ya­dək «Azər­nəşr»in klas­sik irs şö­bə­sinə baş­çı­lıq edir­di. 1933-ün fev­ra­lın­dan SSRİ EA Azər­bay­can Filia­lı ədəbi irs böl­mə­sin­də elmi işçi, 1937-nin ap­re­lin­dən isə Filia­lın Dil və Ədə­biy­yat İns­ti­tutu ədə­biy­yat şö­bə­si­nin mü­diri ça­lı­şan Müm­taz bü­tün gü­cünü Azər­bay­can ədə­biy­ya­tı­nın top­lan­ma­sına, təd­qi­qinə və nəş­rinə yö­nəlt­miş­di.


Tə­sa­düfi de­yil­di ki, 1934-də so­vet ya­zı­çı­la­rı­nın I ümu­mit­ti­faq qu­rul­ta­yın­da və hə­min ildə Fir­dov­si­nin 1000 il­lik yu­bi­le­yin­də iş­ti­rak et­mək­çün Azər­bay­can­dan Mosk­vaya gön­də­ri­lən­lər içə­ri­sin­də Sal­man Müm­ta­zın xü­susi yeri vardı.


SSRİ EA AF Tarix, Dil və Ədə­biy­yat İns­ti­tu­tu­nun ki­çik elmi iş­çisi Sal­man Müm­taz 19 iyun 1937-də «ifşa olun­muş bur­jua mil­lət­çisi» kimi iş­dən çı­xa­rıl­dı, 9 okt­yabr­dasa tu­tul­du. Bir san­dıq qı­zıl xərc­lə­yib uzun il­lər boyu top­la­dığı əl­yaz­ma­ları elə özü­nün kü­rə­yin­dəcə ma­şın­lara da­şıt­dı­ra­raq «NKVD» zin­da­nına apar­dı­lar (və orada məhv et­di­lər).


9 yan­var 1938-də Sin­man, Qals­tyan, Ava­nes­yan Borş­şev­'in üç ay­lıq dəh­şət­li iş­gən­cə­lə­rin­dən son­ra da ira­dəsi sın­dı­rıla bil­mə­yən, bü­tün diş­ləri vu­ru­lub tö­kül­müş ağ­zın­dan «gü­nah­ka­ram» sözü çıx­ma­yan ye­nil­məz, məğ­rur Sal­man Müm­taza 10 il həbs cə­zası kə­sil­di və əm­lakı mü­sa­dirə olun­du.


22 yan­var 1938-də məh­busu Oren­bur­qa apar­dı­lar. 21 de­kabr 1941-də – al­man­lar Or­yola ya­xın­la­şan vaxt onu bu şə­hə­rin həbs dü­şər­gə­sin­dəki baş­qa si­yasi dus­taq­lar­la bir­lik­də gül­lə­lə­di­lər…

İŞ­LƏRİ

Bö­yük və­tən­daş, yo­rul­maz araş­dı­rıcı və ər­dəm­li in­san Sal­man Müm­taz ya­şa­yı­şıy­la, gör­düyü iş­lə­riy­lə tor­pa­ğını və mil­lə­tini şə­rəf­lən­di­rən az­man­lar­dan­dır. «Azər­bay­can ədə­biy­yatı ta­ri­xin­də Sal­man Müm­taz kim­dir?» sor­ğu­su­nun­sa qısa ca­vabı budur: çağ­daş­ları ara­sın­da ad qa­zan­mış ünlü şair, ya­zıçı və jur­na­list, 1.500-dən ar­tıq Azər­bay­can şai­ri­nin ir­sini min mü­si­bət­lə əldə edib on­la­rın adını ya­şa­dan BÖ­YÜK TOP­LA­YICI, 100-dən çox Azər­bay­can ya­za­rını ilk yol üzə çı­xa­ra­raq ya­ra­dı­cı­lıq­la­rını bol­şe­viz­min ölüm­sa­çan ağır sen­zu­rası al­tın­da da doğru-düz­gün təh­lil edən, on­la­rın əsər­lə­rini ta­rix bo­yun­ca ilk dəfə nəş­rə ha­zır­la­yan BÖ­YÜK ARAŞ­DI­RICI, mi­sil­siz söz xə­zi­nə­mizi 20 adda ki­ta­bın­da, yü­zə­dək mə­qa­lə­sin­də el malı edən BÖ­YÜK YA­YICI, Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı­nın ÖZÜ­LÜNÜ QO­YAN'­lar­dan biri!


«Aş­qa­bad­lı», «Vas­vası», Eş­şə­ka­rısı», «Mö­min çi­nov­nik», «Müm­taz» (ərəb­cə müm­taz «se­çil­miş», «baş­qa­la­rın­dan se­çi­lən» de­mək­dir), «Sağ­sa­ğan», «Sərçə», «Sər­çə­qulu bəy», «S.M.», «S.Əs­gə­rov», «Türk­mən­dost», «Xort­dan­qulu bəy», «Xort­dan­bəy­­za­­də», «Ça­la­ğan» və baş­qa im­za­lar al­tın­da sa­ti­rik və li­rik şer­lər, mə­qalə və fel­ye­ton­lar, nəsr əsər­ləri ya­zan Sal­man Müm­ta­zın in­di­yə­dək bir yerə top­lan­ma­yan zən­gin ədəbi irsi «Mol­la Nəs­rəd­din»dən baş­qa «Qar­daş kö­məyi», «Qı­zıl Şərq», «Qur­tu­luş», «Zən­bur», «Kəl­niy­yət», «Ley­lək», «Maa­rif və mə­də­niy­yət», «Tuti», «Fü­qəra Fü­yu­zatı», «Şey­pur», «Şərq qa­dını» jur­nal­la­rı­nın, «Açıq söz», «Ədə­biy­yat qə­ze­təsi», «İqbal», «Yeni iqbal», «Kom­mu­nist», «Günəş», «Səda», «Tə­rəq­qi» qə­zet­lə­ri­nin sə­hi­fə­lə­rinə sə­pə­lə­nib.


Ha­mı­dan öncə Sa­bir Mir­zə Cə­lil şəx­siy­yət­lə­rin­dən mə­nəvi güc al­mış Sal­man Müm­ta­zın bədii ya­ra­dı­cı­lığı Əb­dür­rə­him bəy Haq­ver­di­yev, Hü­seyn Cavid, Hü­seyn Sa­diq (Se­yid Hü­seyn), Ab­dul­la Şaiq, Cə­fər Cab­bar­lı, Mi­ka­yıl Müş­fiq kimi dost­la­rıy­la ün­siy­yət­də ər­səyə gəl­miş­di. Lev Tols­toy, Mak­sim Qorki, Ra­bind­ra­nat Taqor, Səd­rəd­din Ayni və baş­qa söz us­ta­la­rıy­la ya­xın­lığı da onun dün­ya­gö­rü­şün­də müəy­yən iz­lər bu­ra­xıb.


Ya­zar­la­rı­mı­zın XIX yü­zi­lin sonu - XX yü­zi­lin baş­lan­ğı­cın­dakı «ağ­lar gü­lə­yən»lər nəs­linə qo­şu­lan Sal­man Müm­taz da ya­ra­dı­cı­lığa mil­lə­timi qa­ran­lıq­da sax­la­maq is­tə­yən qüv­və­ləri tən­qid et­mək­lə baş­la­mış­dı. «İqbal» qə­zeti 1913-də ya­zır­dı: «Sal­man Əs­gə­rov cə­nab­ları Qaf­qa­zi­yada vax­tı­mı­­zın ən müq­tə­dir[11] şair­lə­rin­dən sa­yı­lan bir zat olub, «Mol­la Nəs­­rəd­din» jur­na­lın­da özü­nün pür­mə­na[12] şer­ləri ilə mil­lə­ti­mi­­zin nöq­san­la­rını gös­tə­rir, ni­ca­tına yol gös­tər­mək­də qə­lə­miy­­lə xid­mət edir». Əb­dür­rə­him bəy Haq­ver­di­yev Qur­­ba­nəli Şə­ri­fzadə'y­lə bir­gə yaz­dığı, 1908-də «Mol­la Nəs­­rəd­din»də çı­xan «Mo­za­lan bə­yin sə­ya­hət­na­məsi» onun cid­di ya­ra­dı­cı­lıq uğur­la­rın­dan­dır. An­caq ədəbi ir­si­nin ən əhə­miy­yət­li his­səsi daha çox «Mol­la Nəs­rəd­din»də çı­xan fel­ye­ton­la­rı­dır. On­lar­da XX yü­zi­lin baş­lan­ğı­cın­da maa­rif­çi-de­mok­rat­la­rı­mızı dü­şün­dü­rən baş­lıca prob­lem­lərə (elm-din mü­na­si­bət­ləri, qa­dı­nın cə­miy­yət­də yeri, xal­qın iq­ti­sadi və­ziy­yə­ti­nin ağır­lığı və b.) to­xu­nu­lub.


***


Sal­man Müm­taz, hər şey­dən öncə, klas­sik ədə­biy­ya­tı­mı­­zın yo­rul­maz top­la­yı­cı­sı­dır. Yeri gə­lən­də qı­zıl­la, yeri gə­lən­­də haqqı-sa­lam­la, yeri gə­lən­də də «ki­tab ve­rə­nin bir əli, qay­­ta­ra­nın iki əli kə­sil­mə­li­dir» za­ra­fa­tıy­la əl­yaz­ma­la­rı­mızı yığ­­mağa gi­ri­şən Müm­taz bu məq­səd­lə bü­tün Azər­bay­canı Ba­­kı­dan Qa­xa­can, Dər­bənd­dən Lən­kə­ra­na­can, Qa­zax­dan Qu­­ba­ya­can, Şə­ki­dən As­ta­ra­ya­can qarış-qa­rış gəzib, so­ra­ğını al­­dığı ki­ta­bın ar­dın­ca Da­ğıs­tana, Gür­cüs­tana, Er­mə­nis­tana, Ru­­si­yaya, Orta Asi­yaya get­məyə ərin­mə­yib. (Hacı İs­ma­yıl bəy Qut­qa­şın­lı­nın «Rə­şid bəy və Səa­dət xanım» ki­ta­bı­nın iziy­lə Vla­di­qaf­qaza və baş­qa şə­hər­lərə sə­fə­ri­nin ta­rix­çəsi ədə­­biy­yat­çı­lara yax­şı bəl­li­dir). Sal­man Müm­taz çox vaxt yolu üs­tün­dəki çirk­li kar­van­sa­ra­lar­da ge­cə­lə­yib, ac-su­suz qalıb, uzun gə­zin­ti­lər­də bə­zən bə­də­nini bit basıb. 1922-də belə sə­fər­lə­ri­nin bi­rin­də o, səp­mə ya­ta­laq xəs­tə­li­yinə tu­tu­lub, altı ay ya­taq­dan qal­xa bil­mə­yib.


Son­suz əziy­yət­lə top­la­dığı əl­yaz­ma­lar­dan o, mi­sil­siz ki­tab­xana ya­rat­mış­dı. «Ki­tabi-Dədə Qor­qud» epo­su­nun Va­ti­kan və Drez­den­də­ki­lər­dən son­ra üçün­cü nüs­xəsi, Fü­zuli «Divan»ının dün­yada ən qə­dim və ən mü­kəm­məl əl­yaz­ması, Şah İs­ma­yıl Xə­tayi «Dəh­namə» və «Nə­si­hət­namə»si­nin elmə bəl­li ilk nüs­xə­ləri, Azər­bay­ca­nın yüz­lər­cə qüd­rət­li şai­ri­nin əl­yaz­ma­ları yal­nız bu ki­tab­xa­na­day­dı. Zən­gin­li­yinə görə tək­cə Əb­dül­qəni Nu­xəvi Xa­li­sə­qa­rı­za­də'­nin (1817-1879) və Mə­həm­mə­dəli Tər­bi­yət­'in (1877-1940) şəx­si ki­tab­xa­na­la­rıy­la mü­qa­yisə edilə bi­lə­cək bu xə­zi­nə­nin üs­tün­lüyü ora­sın­day­dı ki, S.Müm­ta­zın yığ­dığı əl­yaz­ma­la­rın ək­sə­riy­yəti TÜRK­CƏ'y­di.


Həm də S.Müm­taz hə­min ki­tab­ları o vaxt top­la­mış­dı ki, ki­min evin­də ərəb əlif­ba­sın­da bir­cə yar­paq yazı ta­pıl­say­dı al­lah­sız kom­mu­nist­lər onu ai­lə­si­qa­rı­şıq ya gül­lə­lə­yir, ya da Si­birə sür­gün edir­di­lər. 1920-30-uncu il­lər­də əl­yaz­ma­lar­la «otu­rub-dur­ma­ğın» özü bö­yük ba­ha­dır­lıq, igid­lik­di.


1937 qır­ğın­ları SSRİ-də ha­mı­dan çox türk­lərə zər­bə vurdu. 1926-dakı I Tür­ko­loji qu­rul­ta­yın va­hid türk əlif­bası və im­lası ba­rə­sin­dəki qə­rar­la­rını, ya­ran­maq­da olan türk mə­nəvi bir­li­yini ara­dan gö­tür­mək­çün qu­rul­ta­yın, de­mək olar ki, bü­tün iş­ti­rak­çı­ları «pan­tür­kist», «mil­lət­çi», «ək­sin­qi­lab­çı» adı al­tın­da məhv edil­di. Türk­lə­rin mil­li tə­fək­kür­lü bü­tün zi­ya­lı­ları yox edil­di. «Türk» adı ya­saq­lan­dı. (Azər­bay­can­da ya­şa­yan­lara «azər­bay­­can­­lı» adı qo­yul­du). On­la­rın sax­ta ta­ri­xini yaz­maq əsa­sən türk düş­məni olan yad soy­lu ta­rix­çi­lərə tap­şı­rıl­dı. Keç­miş­lə­rini öy­rənə bil­mə­sin­lər deyə ərəb əlif­ba­sın­dakı bü­tün qə­dim türk əl­yaz­ma­ları, ki­tab­ları yan­dı­rıl­dı. Sal­man Müm­taz və onun ki­tab­xa­nası da bu si­ya­sə­tin qur­banı oldu. «NKVD» cəl­lad­ları 1937-nin okt­yab­rın­da üstü ça­dır­lı iki ma­şina dol­du­rul­muş əl­yaz­ma­ları da «və­tən xaini» sa­ya­raq həbs et­di­lər.


Ara­dan çox-çox il­lər keç­dik­dən son­ra aş­kar­lan­dı ki, mə­də­niy­yə­ti­mi­zin, ta­ri­xi­mi­zin düş­mən­ləri «NKVD» bu­fe­tin­də bu əl­yaz­ma­ları cı­rıb və­rəq­lə­rinə qu­tab bü­kür­müş, işıq­­çı­lar «Də­niz qı­rağı»nda dəh­liz­lə­rin elekt­rik xət­lə­rini dü­zəlt­mək­çün nər­di­van ye­rinə bu əl­yaz­ma­la­rın qa­laq­la­rı­nın üs­tünə çı­xır­mış…


Ay­lar ötə­cək, il­lər do­la­na­caq, ata­sı­nın sər­və­tini geri is­tə­yən Şəh­la Müm­taz­za­də'­nin tə­lə­biy­lə Yu­sif Məm­mə­də­li­yev, Sü­ley­man Rə­hi­mov Sal­man Müm­taz ki­tab­xa­na­sını so­raq­la­ya­caq­lar və 1957-də Pet­ros­yan belə bir ara­yış ve­rə­cək: «[S.Müm­ta­zın evin­dən] 9 okt­yabr 1937-də həbs za­manı bun­lar gö­tü­rü­lüb: 12 ədəd müx­tə­lif kitab, müx­tə­lif ma­terial­lar, 3 tor­bada və bir ça­ma­dan­da əl­yaz­ma­lar və bir bağ­lama xü­susi ma­terial­lar. An­caq son­ra­lar hə­min ma­terial­lara nə ol­duğu haq­qın­da mə­lu­ma­tı­mız yox­dur». 9 okt­yabr ge­cəsi Sal­man Müm­tazı evin­dən gö­tü­rən­lər­dən biri Aron Rı­ba­kov'­dan ma­şina yük­lən­miş ki­tab­la­rın için­də nə­lər ol­du­ğunu so­ru­şan­da belə ca­vab ve­rə­cək: «Vse bıli Ko­ranı» («ha­mısı Qur­'an idi»). «Də­niz qı­rağı»nın ar­xivi S.Müm­taz ki­tab­xa­na­sını ta­nı­yan ya­zıçı və alim­lə­rin söz­lə­rinə əsa­sən ha­zır­lan­mış vur-tut 238 əsə­rin si­ya­hı­sını qo­ru­yub sax­la­ya­caq. Azər­bay­can KP MK-nın ovaxt­kı I ka­tibi İ.Mus­ta­fa­yev'­sə öy­rə­nə­cək ki, əl­yaz­ma­lar o vaxt «NKVD»-­nin hə­yə­tin­də yan­dı­rı­lıb…


S.Müm­taz ki­tab­xa­na­sın­dan bu gün cüzi şey qal­maq­da­dır – vax­tilə onun Er­mi­taja, SSRİ EA Azər­bay­can Filia­lına ba­ğış­la­dığı ki­tab­lar, sə­nəd­lər, bu­rada iş­lə­diyi vaxt özü­nün qə­lə­min­dən çıxan, plan işi kimi təh­vil ver­diyi əl­yaz­ma­lar və həbs ge­cəsi mət­bəx­də göz­dən ya­yı­nan, son­ra­lar Res­pub­lika Əl­yaz­ma­lar Fon­duna ve­ri­lən bir zən­bil əsər. Bu cüzi his­sə­nin indi Azər­bay­can EA Əl­yaz­ma­lar İns­ti­tu­tun­dakı fond­lar içə­ri­sin­də ən zən­gin­lər­dən ol­du­ğunu de­sək yağı əlin­də məhv edil­miş ki­tab­xa­na­nın də­yə­rini göz önün­də tam dol­ğun­lu­ğuy­la can­lan­dıra bi­lə­rik.


***


Araş­dı­rıcı Sal­man Müm­taz üst-üstə bir neçə aka­­de­mik­lə bir neçə pro­fes­so­run ba­car­dı­ğın­dan çox iş görüb. Ta­rix­də ilk dəfə ola­raq üs­tün­də «Azər­bay­can ədə­biy­yatı» ya­zıl­mış 16 ki­tab­dan bi­rin­ci­sin­də - 1925-də nəşr edil­miş «Ağa­mə­sih Şir­vani»də o yana-yana deyir:


«Söz yox ki, qa­ra­la­dı­ğım sə­tir­lər­də hör­mət­li oxu­cu­la­rımı qane et­mə­yə­cək bəzi nöq­tə­lər də ola­caq­dır. On­lar bu qü­suru mən­dən yox, ta­le­yi­miz­dən gör­mə­li­dir­lər. Baş­qa mil­lət­lər­də hər han­sı möv­zu­lar­da olur­sa-ol­sun bir ki­çik əsər yaz­maq hə­və­sinə dü­şən müəl­lif­lər üçün min­lər­cə mə­xəz­lər, qə­zetə və jur­nal­lar ta­pı­lır. Amma yaxşı-ya­man qa­ra­la­dı­ğım bu cızma-qa­ranı heç­dən mey­dana qo­yu­ram. Mə­xəz­lə­rim mür­gə­nə­lər, gü­və­lər ağız­la­rın­dan, si­çan­lar və kə­sə­yən­lər bo­ğaz­la­rın­dan ar­tıq qal­mış cırıq-mı­rıq yar­paq­lar, dar­ma­da­ğın cüng­lər və bə­yaz­lar­dır. Qay­naq - mən­bə - is­toç­nik­lə­rim isə uçuq-yı­xıq qə­bir daş­ları ilə səq­fi çök­müş məs­cid tağ­ları ol­muş­dur. İs­ti­fadə et­di­yim qə­zetə və jur­nal­lar da qoca ki­şi­lə­rin və çox ya­şa­mış qa­dın­la­rın ha­fi­zə­ləri və höv­sə­lə­lə­ri­dir. Mən­dən qa­baq gə­lən mü­hər­rir­lər­dən bu yol­da bir ha­zır­lıq gö­rən olsa idi, şək­siz, mən bir bu qə­dər də çə­tin­liyə uğ­ra­maz­dım. Ta­rixi-ədə­biy­ya­tı­mızı mey­dana çı­xar­maq im­kan xa­ri­cin­də ol­duğu üçün­dür ki, bu günə kimi yaxşı-ya­man bir əsər belə araya çıx­ma­mış­dır».


Doğ­ru­dan da, Sal­man Müm­ta­za­dək sis­tem­li Azər­bay­can ədə­biy­yatı ta­rixi yaz­maq­çün cid­di özül ya­ra­dıl­ma­mış­dı. Düz­dür, Sam Mir­zə'­nin «Töh­feyi-Sami», Rza­qulu xan Hi­da­yət­'in «Məc­məül-fü­səfa», Mir Möh­sün Nəv­vab­'ın «Təz­ki­reyi-Nəv­vab», Hacı Əb­dür­rə­zaq bəy­'in «Ni­ga­ris­tan», Lüt­fəli bəy Azər­'in «Atəş­gədə», Se­yid Əzim Şir­va­ni'­nin «Təz­kirə», Mə­həm­mə­d ağa Müc­tə­hid­za­də'­nin «Ri­ya­zül-aşi­qin», Hü­seyn əfən­di Qaib­za­də'­nin «Azər­bay­can­da məş­hur olan şüə­ra­nın əşa­rına məc­muə­dir», Sə­fi­qulu bəy­'in «Ruzi-röv­şən», Fi­ru­dun bəy Kö­çər­li'­nin «Azər­bay­can ədə­biy­yatı ta­rixi ma­terial­ları» kimi də­yər­li təz­kirə və top­lu­ları möv­cud­du, an­caq on­la­rın həl­le­dici qis­mi hələ nəşr olun­ma­mış­dı. Həm də on­la­rın bə­zi­lə­rin­də yal­nız fars­ca ya­zan şair­lə­ri­miz­dən söz açı­lıb, bə­zi­lə­rin­də şair­lə­rin tər­cü­meyi-halı yox, tək­cə əsər­lə­rin­dən nü­mu­nə­lər ve­ri­lib, bə­zi­lə­rin­dəsə yal­nız ayrı-ayrı şer məc­lis­lə­ri­nin üzv­ləri, ya da Azər­bay­ca­nın müəy­yən böl­gə­sin­də ya­şa­mış şair­lər əhatə olu­nub. Hə­min əsər­lər­də ya­zar­la­rın Azər­bay­can ədə­biy­ya­tın­dakı yeri də, de­mək olar ki, təh­lil edil­mə­yib. Fi­ri­dun bəy Kö­çər­li­dən son­ra ilk dəfə ola­raq məhz Sal­man Müm­taz bü­tün Azər­bay­can ədə­biy­ya­tını təm­sil edən ir­si­mi­zin araş­dı­rıl­ması kimi çox çə­tin işə gi­riş­di. Özü də, onun təd­qi­qa­tın­da baş­lıca yeri TÜRK­CƏ YA­ZAN SÖZ US­TA­LA­RI­MIZ tutdu.


Ədə­biy­ya­tı­mız­da son 1.200 ildə ye­tiş­miş elə bir gör­kəm­li ya­zar yox­dur ki, onun adı Sal­man Müm­taz araş­dır­ma­la­rın­dan yan keç­sin: Xa­qani, Ni­zami, Məh­səti, Qi­vami Mü­tər­rizi, Hə­sə­noğ­lu, Qazi Bür­ha­nəd­din, Ca­han şah Hə­qiqi, Nə­simi, Şah Qa­sim Ənvar, Zül­fü­qar Şir­vani, Ma­ra­ğalı Əv­hədi, Sü­ruri, Şahi, Xə­tayi, Hə­bibi, Fü­zuli, Vi­dadi, Vaqif, Zakir, Nə­bati, Ba­kı­xa­nov, Na­tə­van, Qut­qa­şın­lı, Axund­zadə, Vazeh, Se­yid Əzim, Zər­dabi, Sabir, Mir­zə Cəlil, Səh­hət, Həm­mal…


483 Azər­bay­can şai­ri­nin si­ya­hı­sını ve­rən alim 20 ildə on­la­rın əsər­ləri üzə­rin­də ça­lı­şa­ca­ğını ya­zır­dı. O, 1933-38-inci il­lər ara­sın­dasa 104 şair haq­qın­da ge­niş araş­dır­ma apar­mağı nə­zər­də tu­tur­du.


Pro­let­kult­çu­lu­ğun tüğ­yan et­diyi, bu sa­da­la­nan şair­lə­rin, de­mək olar ki, ha­mı­sına «ru­hani», «sa­ray şairi», «feo­dal», «çar mə­muru», «tacir» («xır­da bur­jua») kimi ad­lar qo­yu­lub rədd edil­diyi, ədə­biy­yat ta­ri­xi­mi­zin Va­qif­dən baş­la­dığı söy­lə­nil­diyi bir za­man­da qatı mil­lət­çi Sal­man Müm­taz si­nə­sini qa­bağa ve­rib on­la­rın hər bi­rini qız­ğın mü­dafiə­yə qalx­dı və çox se­vin­di­ri­ci­dir ki, klas­sik­lə­ri­mi­zin çoxu məhz onun sa­yə­sin­də özü­nün la­yiq ol­duğu hə­qiqi qiy­məti ala bildi.


«Kom­mu­nist» qə­ze­tin­dəki «Unu­dul­muş yar­paq­lar» sil­silə mə­qa­lə­lə­riy­lə ilk araş­dır­ma­la­rını or­taya çı­xa­ran S.Müm­ta­zın «Azər­bay­can şair­lə­rin­dən Nə­simi» mə­qa­ləsi (1923) ilk cid­di uğuru oldu. Nə­si­mi­nin hə­yat və ya­ra­dı­cı­lığı ədə­biy­yat­şü­nas­lı­ğı­mız­da ən ge­niş şə­kil­də ilk dəfə məhz bu ya­zıda or­taya qo­yul­du.


Hə­sə­noğ­lu, Qazi Bür­ha­nəd­din, Şah İs­ma­yıl Xə­tayi, Nə­simi Fü­zu­li'­ni «maa­rif göy­lə­ri­mi­zin beş­gu­şəli ul­duzu» ad­lan­dı­ran, on­la­rın ana di­lin­də yaz­ma­sını yük­sək də­yər­lən­di­rən Sal­man Müm­taz bu türk şair­lə­ri­nin ir­sini xü­susi sev­giy­lə araş­dı­rıb və bi­lin­mə­yən çox­lu əsər­lə­rini üzə çı­xa­rıb.


S.Müm­taz Hə­bibi, Ən­bə­roğ­lu, Hacı İs­ma­yıl bəy Qut­qa­şın­lı kimi on­lar­ca ya­za­rı­mız­dan da ədə­biy­yat ta­ri­xin­də ilk dəfə söz açıb. O eləcə də həm bir çox əsər­lə­rin əsl müəl­lif­lə­rini ilk dəfə müəy­yən­ləş­di­rib, həm də bir çox poe­ziya az­man­la­rı­mı­zın əsər­lə­rini bi­rin­ci ola­raq nəş­rə ha­zır­la­yıb.


19 mart 1937-də ərizə ve­rib ki, onun nəş­rə ha­zır­la­dığı Fü­zuli əsər­lə­ri­nin I cil­di’y­lə bağ­lı ko­mis­siya ya­ra­dıl­sın. Ko­mis­siya bö­yük ali­min ço­xil­lik əmə­yi­nin bəh­rəsi olan (an­caq tu­tu­lan­dan son­ra itib-batan, baş­qa­la­rı­nın adı al­tın­da bu­ra­xı­lan) bir çox əsər­ləri haq­qın­da ge­niş mə­lu­mat ve­rən sə­nəd ha­zır­ladı. Bu sə­nəd­dən öy­rə­ni­rik ki, S.Müm­ta­zın ha­zır­la­dığı Fü­zuli əsər­lə­ri­nin Y.Ber­tels­'in re­dak­tə­sin­­dən keç­miş la­tın əlif­ba­sın­dakı I cil­di (qə­zəl­lər) H.Sə­məd­za­­də'­də­dir, ərəb əlif­ba­sın­dakı II cil­din («Ley­li və Məc­nun») bir his­səsi re­dak­tə üçün Y.Ber­tel­sə (Le­ninq­rada) gön­də­ri­lib, İkin­ci his­səsi Ba­kı­da­dır, III cild­sə («Bəngü-Badə») qa­ra­lama şək­lin­də ha­zır­dır və S. Müm­ta­zın özün­də­dir.


Fü­zu­li­nin tər­cü­meyi-ha­lına aid 260 sə­hi­fə­lik mo­noq­ra­fi­yası da Y.Ber­tel­sin re­dak­tə­sin­dən ke­çib və ins­ti­tu­tun elmi ar­xi­vinə ve­ri­lib. Bun­lar­dan başqa, sə­nəd­də gös­tə­ri­lir ki, S.Müm­ta­zın 1934-də ha­zır­la­dığı Xə­tayi «Divan»ıB.Ço­ban­zadə, T.Şah­bazi, Ə.Na­zim və qis­mən H.Aras­lı re­dak­tə edib­lər və əl­yaz­ma ins­ti­tu­tun ar­xi­vin­də sax­la­nı­lır. 6 cild­lik (40 çap və­rəqi həc­min­də) «5000 söz» lü­ğə­ti­nin I cil­di re­dak­tor Ə.Də­mir­çi­za­də'­yə, yer­də qa­lan 5 cil­di isə İd­ris Hə­sə­nov­'a ve­ri­lib (o, əsəri 1937-nin nəşr pla­nına sal­mağı nə­zər­də tu­tur­du). Ərəb əlif­ba­sın­dakı «50 şair» əsəri də H.Sə­məd­za­də'­də­dir (gö­rü­nür, bu, son­ra­lar «100 şair» kimi ta­nı­nan it­miş əsər­dir). S.Müm­ta­zın özü­nün gi­riş yaz­dığı,1930-da təh­vil ver­diyi «Şəki sav­ları» ki­ta­bı­nın əl­yaz­ma­sısa heç yer­də yox­dur.


Bu sə­nədə əlavə et­mək is­tər­dik ki, adı çə­ki­lən əsər­ləri nəş­rə ha­zır­la­mağa Sal­man Müm­taz öm­rü­nün ço­xunu sərf et­miş­di. Düz­dür, adı çə­ki­lən əsər­lə­rin ək­səri son­ra­lar öz­gə­lə­ri­nin malı oldu, an­caq Qöv­si Təb­ri­zi'­nin (1925), Za­ki­r'in (1925,1936), Va­qi­f'in (1925,1937), Nə­si­mi­'nin (1926), Va­ze­h'in (1926), Vi­da­di­'nin (1936)… ilk dəfə nəşr edi­lən kül­liy­yat­ları belə Sal­man Müm­taz adını əbədi ya­şat­mağa ye­tər­li­dir. Həm də bu gün Əl­yaz­ma­lar İns­ti­tu­tun­da qa­lan öz əl­yaz­ma nüs­xə­ləri əsa­sın­da Sal­man Müm­ta­zın müəl­lif­lik haq­la­rını ona qay­tar­maq müm­kün­dür.


Ədə­biy­yatı «xas ədə­biy­yat» (klas­sik ədə­biy­yat) və «el ədə­biy­yatı» (ağız ədə­biy­yatı, folk­lor) deyə iki yerə bö­lən S.Müm­taz folk­lo­ru­mu­zun top­lan­ması və nəş­ri yo­lun­da da yo­rul­ma­dan ça­lı­şıb. 1920-dən baş­la­ya­raq ağız ədə­biy­ya­tı­mızı top­la­yan alim bu sa­hədə Vəli Xu­luf­lu, Hə­nəfi Zey­nal­lı Hüm­mət Əli­za­də'y­lə bir­gə öl­çü­yə­gəl­məz fay­dalı iş­lər görüb. İs­tər ba­ya­tı­la­rı­mı­zın top­lan­ması və araş­dı­rıl­ma­sı­nın ilk məh­sulu olan «Aşıq Ab­dul­la» (1927) və «Sarı Aşıq» (1935) ki­tab­ları, is­tər­sə də Azər­bay­can el ədə­biy­ya­tı­nın yı­ğı­lıb sis­tem­ləş­di­ril­məsi sa­hə­sin­də ilk cid­di təc­rübə olan iki cild­lik «El şair­ləri» (1-ci nəşr: 1927-28: 2-ci nəşr: 1935-36) əsəri hələ də elmi də­yə­rini itir­mə­yən mö­tə­bər qay­naq­lar­dır.


S.Müm­taz öz araş­dır­ma­la­rın­da yal­nız Azər­bay­can ədə­biy­ya­tı­­na qa­pa­nıb qal­ma­yıb. Onun Şərq klas­sik­ləri haq­qın­da da san­bal­lı ya­zı­ları var­dır. Fir­dov­si, Sədi, Ru­dəki, Nəvai, Məx­dum­qulu və b. haq­qın­da mə­qa­lə­lə­ri­nin hər bi­rini 1920-30-uncu il­lər­də ədə­biy­yat­şü­­nas­lar yeni söz kimi qar­şı­la­yıb.


Araş­dı­rıcı S. Müm­ta­zın ta­ri­xi­mizə dair də san­bal­lı ya­zı­ları var. Əl­yaz­ma­lar İns­ti­tu­tun­da onun ta­pıb or­taya çı­xar­dığı çox­lu qə­dim fər­man­lar, də­yər­li ta­rixi sə­nəd­lər sax­lan­maq­da­dır.


Ana di­lini son­suz mə­həb­bət­lə sevən, ili­yinə, sü­mü­yü­nə­dək türk oğlu türk olan (öz de­yim­lə­rin­dən­dir) Sal­man Müm­taz bu dil­də ya­zan­ları qiy­mət­lən­dir­diyi kimi, di­lin zən­gin­li­yini üzə çı­xar­maq üçün özü də az iş gör­mə­yib.


Hələ 1917-də bu­rax­dır­dığı «Qul» ya­zı­sın­da di­li­mi­zin ərəb və fars söz­lə­rin­dən tə­miz­lən­mə­sinə ça­ğı­rır və de­di­yinə çox cid­di əməl edir­di. Onun ya­zı­ları həd­dən ar­tıq ay­dın­lığı, sa­də­liyi və yeni söz­lə­rin bol­lu­ğuy­la se­çi­lir. «Söh­bə­tül-əsmar»ı «Ye­miş­lə­rin öyüş­məsi» kimi ve­rən S.Müm­taz ya əski türk söz­lə­rini ye­ni­dən hə­yata qay­ta­rır, ya da di­li­mi­zin da­xili im­kan­la­rın­dan ya­rar­la­nıb yeni söz­lər ya­ra­dır­dı. «Ana di­li­miz ol­duq­ca var­lı və zən­gin­dir. Yal­nız ça­lış­maq və itmiş-bat­mış söz­lə­ri­mizi ara­maq və tap­maq gə­rək­dir» ya­zan alim ilk tə­şəb­büs kimi «Dil­mac» lü­ğə­tin­də 944 ərəb-fars sö­zü­nün türk­cə qar­şı­lı­ğını tap­mış, ya­xud ya­rat­mış­dı. «5000 söz» lü­ğə­ti­nəsə o, öm­rü­nün 13 ilini ver­miş­di.


***

Sal­man Müm­taz ədəbi ir­si­mizi yal­nız top­la­maq və araş­dır­maq­la ki­fa­yət­lən­mə­yib, həm də onu ge­niş təb­liğ edib. 23 ilin için­də o, 20 adda ki­tab bu­rax­dı­rıb: «Se­yid Əh­məd Ha­tif İs­fa­ha­ni­nin tər­ci­bən­di və tər­cü­meyi-halı» (1913), «Ağa­mə­sih Şir­vani» (1921), «Mol­la Pə­nah Vaqif» (1925,1937), «Ni­şat Şir­vani» (1925), «Mə­həm­məd­hü­seyn xan Müş­taq» (1925), «Qövsi» (1925), «Nit­qi Şir­vani» (1925), «Qa­sım bəy Zakir» (1925, 1936), «Mir­zə Şəfi Vazeh» (1926), «Se­yid İma­dəd­din Nə­simi» (1926), «Baba bəy Şakir» (1927), «Aşıq Ab­dul­la» (1927), «El şair­ləri» (1-inci nəşr: I cild, 1927, II cild, 1928: 2-ci nəşr: I cild, 1935, II cild, 1936), «Meh­di bəy Şə­qaqi» (1928), «Ağa­ba­ğır Şir­vani» (1928), «Mir­zə Nəs­rul­la bəy Didə» (1928), «Vaqif» (İ.Ca­han­gi­rov'­la bir­gə yazıb) (1933), «Sarı Aşıq və ba­ya­tı­ları» (1935), «Mol­la Vəli Vi­dadi» (1936). An­caq alim qə­zet və jur­nal mə­qa­lə­lə­rin­də də çox­lu şer­ləri, ayrı-ayrı əsər­lər­dən ör­nək­ləri gen-bol üzə çı­xa­rıb.


Sal­man Müm­ta­zın elmi irsi hə­mişə yük­sək qiy­mət­lən­di­ri­lib. Sağ­lı­ğın­da V.V.Bar­told (1869-1930), Y.E.Ber­tels (1890-1957), A.Y.Sa­moy­lo­viç (1880-1938), Mə­həm­mə­dəli Tər­bi­­yət (1877-1940), Səid Nə­fisi (1895-1968) kimi gör­kəm­li fi­lo­loq­lar onun təd­qi­qat­la­rına hey­ran qalıb. An­caq həbs edil­dik­dən son­ra əl­yaz­ma­ları ta­rac edi­lən, onun-bu­nun adına nəşr olu­nan ali­min adını unut­dur­mağa ça­lış­dı­lar. Qə­dir­bi­lən alimlərimiz Ra­sim Ta­ğı­yev, Araz Dadaşzadə, Nəsiman Yaqublu və baş­qa­la­rının araş­dır­ma­ları sa­yə­sin­də Sal­man Müm­­­taz ədə­biy­yat­­şü­­nas­lı­ğı­mız­da ye­ni­dən özünə la­yiq yer tut­maq­da­­dır.

1 mart 1993.



[1] Rus məscidlər(imiz)dən öz nəhs (kilsə) zəngini asmağı dilərdi.

[2] Lütfləri.

[3] Vətənlərini.

[4] Göyün tavanına sancmış.

[5] Bəxtinin ulduzu.

[6] Ayını, parlaq ulduzunu (Osmanlı bayrağındakı ay-ulduz nəzərdə tutulur).

[7] Göy qübbəsinin tağından.

[8] Gerb, dövlət nişanı.

[9] Mələklər Osmanlı bayrağını çiyin bəzəyi etsin.

[10] Seçilmiş, üstün.

[11] Güclü, qüdrətli.

[12] Mənalı, çox mənalı.



Salman Mumtaz.pdf